Dünənki partlayışda ölən qadının FOTOsu – Azyaşlı qızı dağıntılar altında qalıbbackend

Dünənki partlayışda ölən qadının FOTOsu – Azyaşlı qızı dağıntılar altında qalıb

Dünən Xırdalanda fərdi yaşayış evində baş verən partlayışda ölən şəxs 33 yaşlı qadındır.

Hokm.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dağıntılar altından 1988-ci il təvəllüdlü Aytən Musayevanın cəsədi tapılıb.

Onun digər ailə üzvləri – əri Vüsal Musayev və 12 yaşlı oğlu Firudin sağ çıxarılaraq xəstəxanaya yerləşdirilib. Hazırda A.Musayevanın digər azyaşlı qızının axtarışları davam etdirilir.

Qeyd edək ki, dağıntılar altından 6 nəfər çıxarılıb.

  •  (0)
  •  (0)