Dumanlı hava şəraiti davam edəcək – Nazirlikbackend

Dumanlı hava şəraiti davam edəcək – Nazirlik

Bakıda və Abşeron yarımadasında gecə və gündüz  saatlarında müşahidə olunan temperatur fərqi az olduğundan inversiya qatı əmələ gəlib.

Hokm.az bildirir ki, bunu APA-ya Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki,  Xəzər dənizi üzərində formalaşan duman qatı arabir güclənən cənub-şərq küləyi nəticəsində Abşeron yarımadasına daxil olub və dumanın əmələ gəlməsinə şərait yaranıb: “Fevralın 6-sı gündüzədək fasilələrlə duman olacağı proqnozlaşdırılır”.

  •  (0)
  •  (0)