DTX-nin Mədəniyyət Mərkəzi musiqili videokompozisiya hazırladı – VİDEObackend

DTX-nin Mədəniyyət Mərkəzi musiqili videokompozisiya hazırladı – VİDEO

“Vətəndir ünvanımız”- yeni musiqili videokompozisiya belə adlanır.

Hokm.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzi tərəfindən 28 mart – Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının yaranamasına həsr olunan “Vətəndir ünvanımız” musiqili videokompozisiya hazırlanıb. Video DTX-nın rəsmi Youtube kanalında yayımlanıb.

Sözügedən videokompozisiyanın sözləri Şahin Musaoğluna, musiqisi Cabir İmanova məxsusdur. “Vətəndir ünvanımız” videokompozisiyası tanınmış müğənnilər- Azərbaycanın xalq artisti Tünzalə Ağayevanın və əməkdar artisti Abbas Bağırovun ifasında təqdim olunur izləyicilərə.

Videokompozisiyada xroniki kadrlardan istifadə olunub.

  •  (0)
  •  (0)