DSX-nın yeni zastavası istifadəyə verildibackend

DSX-nın yeni zastavası istifadəyə verildi

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən (DSX) Hokm.az-a verilən məlumata görə, aprelin 30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində yeni inşa olunmuş “Ağgöl” sərhəd zastavası kompleksi xidməti istifadəyə verilib.

Bu münasibətlə təşkil olunmuş təntənəli mərasimdə çıxış edən Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini Baş Qərargah rəisi general-leytenant Rəşad Sadıqov Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriklərini şəxsi heyətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azər­baycan sərhədçisinin həm sərhəddə, həm də səngərdə dövləti maraq­ların keşiyində durmağa hər zaman hazır olması xüsusi vurğulanıb. Sərhəd mühafizə infrastrukturunun təkmilləşdiril­mə­sinə ən ali səviyyədə xüsusi önəm verilməsi sayəsində Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində şəxsi heyət üçün zəruri xidməti və məişət şəraitinin yaradıl­ması qeyd olunmuş, açılışı baş tutan sərhəd zastavasının bu yüksək qay­ğının növbəti təzahürü olmasını bildirilib.

Açılış mərasimindən sonra tədbir iştirakçıları sərhəd zastavası kom­pleksinə baxış keçirmışlər. Burada şəxsi heyətin xidmətinin yüksək səviy­yədə təşkili və asudə vaxtının səmərəli keçirməsi üçün müxtəlif təyinatlı otaqlar, yataqxana, yeməkxana, hamam-camaşırxana, anbarlar inşa edil­miş, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri yaradılıb.

Xidməti fəaliyyətində fərqlənən bir qrup hərbi qulluqçu  təltifləndiril­dikdən sonra tədbir bayram süfrəsi arxasında davam etdirilib.

Tədbirin sonunda hərbi hissənin kinoloji mütəxəssisləri xüsusi təlim keçmiş itlərdən istifadə etməklə xidməti tapşırıqların icrası üzrə bacarıq­larını nümayiş etdiriblər.

  •  (0)
  •  (0)