DSX-nin polkovnik-leytenantı və 55 hərbi qulluqçusu işdən çıxarıldı – NƏ BAŞ VERİR?backend

DSX-nin polkovnik-leytenantı və 55 hərbi qulluqçusu işdən çıxarıldı – NƏ BAŞ VERİR?

Xidməti müşavirədə DSX-nin Sərhəd Nəzarətinin “Şıxlı” sərhəd nəzarəti məntəqəsinin rəisi polkovnik-ley­tenant Gündüz Qafarov xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb.

Hokm.az Sfera.az-a istinadla verir ki, bu barədə qərar DSX-da dövlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyətlə əlaqədar keçirilən xidməti müşavirədə elan olunub

Dövlət sərhədindən buraxılış məntəqələrində etik davranış qay­dalarının və vətəndaşların hü­quq­larının pozulması, onlara qarşı ko­budluq edilməsi, korrupsiya hallarına və xidməti pozuntulara qarşı ciddi mübarizə aparılması, təkcə cari il ərzində xidmətlərində yol ver­dikləri nöqsanlara görə 55 hərbi qulluqçunun sərhəd nəzarəti sahəsindən kənarlaşdırılması qeyd edilib”, deyə müşavirdə vurğulanıb.

  •  (0)
  •  (0)