Azərbaycan Qarabağın qədim paytaxtı – böyük rəmzi əhəmiyyətli Şuşa şəhərini geri qaytardı.
Hokm.az axar.az-a istinadla xəbər verir ki, bu barədə ukraynalı hərbi analitik Aleksey Arestoviç Feysbuk səhifəsində yazıb.

“Yerdə qaytardı… Piyada döyüşləri ilə, geyilə bilən ağır sursatlarla, duman içində, göz-gözü görməyən havada dağlardan keçərək yerdə qaytardı. Bu “… hər şey dronlar tərəfindən edildi ” deyənlər üçündür!
Bu hadisə azərbaycanlılar üçün israillilərin 1967-ci ildə Ağlama Divarına çıxmasına bərabərdir. Vətənə qayıdış… Tarixə qayıdış…”, – Arestoviç qeyd edib.
















