“Döyüşlərdən sonra Cəbrayıldakı hərbi hissənin qərargah rəisinin taleyi məlum deyil” – Abrahamyanbackend

“Döyüşlərdən sonra Cəbrayıldakı hərbi hissənin qərargah rəisinin taleyi məlum deyil” – Abrahamyan

“Qarabağın cənubunda genişlənmiş hərbi əməliyyatların ən problemli epizodlarından biri Cəbrayıldakı hərbi hissəsinin komandirini hadisələrin ən qızğın anında vəzifədən azad etmək idi”.
Hokm.az xəbər verir ki, bunu erməni hərbi ekspert Tiqran Abrahamyan özünün “Facebook” səhifəsində yazıb.

“Daha sonra məlum olduğu kimi, məqsəd bu istiqamətdə uğursuzluğu sonuncunun üzərinə atmaqla bağlı uğursuz cəhd idi.

O günlərdə hakimiyyətin təbliğat maşını hər bir uğursuzluq zamanı dərhal günahkar təyin etmək və kütləni ona qarşı yönəltmək üçün ən həyasız yalanlar yayırdı.

Hərbi hissə komandirinin azad edilməsindən günlər sonra hərbi hissənin ərazisində azərbaycanlılar və bizim hərbi qulluqçularımız arasındakı qızğın döyüşlərdən sonra hərbi hissənin qərargah rəisinin taleyi məlum deyil, sonuncu, səhvə etmirəmsə, hazırda itkin düşənlər arasındadır”, – deyə o qeyd edib.Ordu.az

  •  (0)
  •  (0)