Döyüşdə bir ayağını itirən 23 yaşlı Abbas belə qarşılandı – FOTObackend

Döyüşdə bir ayağını itirən 23 yaşlı Abbas belə qarşılandı – FOTO

44 günlük Vətən müharibəsində yaralanaraq bir ayağını itirən Abbaslı Abbas xəstəxanadan evə buraxılıb.

Hokm.az qafqazinfo-ya istinadən xəbər verir ki, 23 yaşlı Abbas yaşadığı evdə coşqu və sevinclə qarşılanıb. Həmin anları Türkiyənin Anadolu Agentliyi işıqlandırıb.

Qeyd olunub ki, Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə topçu olan qazi müharibənin son günü minaya düşüb.

Özünü itirmədiyini,  500 metr sürünərək dostlarının olduğu əraziyə gəldiyini söyləyən Abbaslı cəbhədə qurulan xəstəxanada əməliyyat olduğunu bildirib.

Əslən Cəbrayıldan olan qazi  “Xidmət etdiyim topçu birləşməsinin Füzuli və Cəbrayılın xilas edilməsində böyük rolu var. Əvvəllər o torpaqları görməmişdim, amma vətənimdir, canımdan keçməyə hazıram” bildirib.

Anası Səbirə İbayeva “Allaha şükür, sağ-salamat qayıtdı. Oğlumla fəxr edirəm və ömrümün sonuna qədər fəxr edəcəyəm” söyləyib.

  •  (1)
  •  (0)