Dövlət Xidməti “Ekspress Bank”ı məhkəməyə verdibackend

Dövlət Xidməti “Ekspress Bank”ı məhkəməyə verdi

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Ekspress Bank”ı məhkəməyə verib.

Hokm.az xəbər verir ki, bu barədə Dövlət Xidmətindən Unikal.org-un sorğusuna cavab olaraq məlumat verilib.

Bildirilib ki, buna səbəb qeyri-yaşayış sahəsi üzrə “Ekspress Bank”ın icarə haqqını ödəməməsidir. Belə ki, ƏMDX ilə “Ekspress Bank” arasında 12 yanvar 2018-ci il tarixində qeyri-yaşayış sahəsinin icarəsi ilə bağlı müqavilə imzalanıb. “Ekspress Bank” tərəfindən sonuncu ödəniş isə 19 noyabr 2019-cu il tarixində edilib. 30.11.2020-ci il tarixinə “Ekspress Bank”ın icarə haqqı üzrə ödəməli olduğu məbləğ 71100 manatdır.Buna görə də “Ekspress Bank”a qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırılıb.

  •  (0)
  •  (0)