Dövlət Komitəsi Sumqayıtda tapılan körpəni nəzarətə götürdü – AÇIQLAMAbackend

Dövlət Komitəsi Sumqayıtda tapılan körpəni nəzarətə götürdü – AÇIQLAMA

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Sumqayıtda zibillikdən tapılan körpənin durumu ilə maraqlanıb.

Bunu AFN-ə açıqlamasında Komitənin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu bildirib. Onun sözlərinə görə, Dövlət Komitəsinin əməkdaşları aidiyyatı üzrə bütün yetkililərlə əlaqəli surətdə körpənin durumunu nəzarətdə saxlayır: “Bildiyiniz kimi, uşaq hazırda Sumqayıt Perinetal Mərkəzindədir, sağlığı ilə bağlı müayinələr edilir. Bu prosedurlar bitəndən sonra körpə sığınacağa veriləcək. Bütün proses Komitənin nəzarətindədir”.

  •  (1)
  •  (0)