Dövlət Gömrük Komitəsinin Akademiyasının kitabxanası EBSCO elektron nəşrlər bazasına abunə oldubackend

Dövlət Gömrük Komitəsinin Akademiyasının kitabxanası EBSCO elektron nəşrlər bazasına abunə oldu

Dövlət Gömrük Komitəsinin Akademiyasının kitabxanası dünyada dərc olunan 9000-dən artıq nüfuzlu dövri elmi jurnal və digər nəşrlərə çıxış imkanı verən EBSCO beynəlxalq nəşrlər bazasının şəbəkəsinə qoşulub.

Hokm.az xəbər verir ki, ictimai, humanitar, kompüter, mühəndislik, neft-qaz, fizika, kimya, nəqliyyat və s. sahələri əhatə edən EBSCO şəbəkəsi (http://search.ebscohost.com) Akademiyanın əməkdaşlarının, tələbə və müəllim heyətinin istifadəsinə  verilib. EBSCO beynəlxalq nəşrlər bazasının şəbəkəsi təkcə ABŞ və Avropada deyil, dünyanın müxtəlif yerlərində dərc olunan nəşrlərin elektron variantlarını ingilis, rus, fransız, ispan, alman, italyan və s. dillərdə oxuculara təqdim edir, eləcə də istifadəçilərə yüksək səviyyəli elmi-tədqiqatlar aparmaq üçün geniş axtarış imkanları  yaradır.

Kitabxananın əməkdaşı Aysel Cəfərzadənin sözlərinə görə, EBSCO beynəlxalq nəşrlər bazası əsasən müəllim heyəti olmaqla, 4-cü kurs tələbələrinin geniş marağına səbəb olub.

“EBSCO nəşrlərindən istifadə etmək üçün xarici dil biliklərinin mühüm olduğunu nəzərə alsaq, istifadəçilər əsasən ingilis dilində, əksəriyyəti hüquq sahəsi olmaqla, iqtisadiyyat, gömrük işi və digər sahələr üzrə axtarışlar  apararaq resurslardan faydalanırlar” – deyə o, bildirib.

  •  (0)
  •  (0)