Dövlət başçısı: “Bu zəfər Azərbaycanın müxtəlif guşələrində uyuyan qardaş türk şəhidlərinin ruhunu şad edir”backend

Dövlət başçısı: “Bu zəfər Azərbaycanın müxtəlif guşələrində uyuyan qardaş türk şəhidlərinin ruhunu şad edir”

“Müzəffər Ordumuz tarixi qələbə qazandı və Ermənistan tərəfindən torpaqlarımızın 30 ilə yaxın davam edən işğalına son qoydu”.

Hokm.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin Xatirə kitabında yazıb.

“Şəhidlərimizin qanı və canı bahasına əldə olunan bu zəfər Azərbaycanın müxtəlif guşələrində uyuyan qardaş türk şəhidlərinin ruhunu şad edir. Azərbaycan xalqı türk şəhidlərinin şücaətini, tarixi xidmətlərini yüksək qiymətləndirir və həmişə onların xatirəsini uca tutacaqdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”, – Prezident əlavə edib.Report

  •  (0)
  •  (0)