“Dövlət AZAL-a bu qədər subsidiya verir, amma qiymətlər endirilmir” – Aqil Abbasbackend

“Dövlət AZAL-a bu qədər subsidiya verir, amma qiymətlər endirilmir” – Aqil Abbas

“Burada danışırıq. AZAL qiyməti endirəcəkmi? Xeyr, endirməyəck. Özümüz deyib, özümüz eşidirik”.

Hokm.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında yeni hazırlanan “Turizm haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Aqil Abbas deyib.

Deputat bildirib ki, İrəvandan İstanbula reys açırlar: “Bizim pulla 80 manatdır qiyməti. Gözləyirəm ki, Zəngəzur dəhlizi açılsın və maşınımla İstanbula ucuz uçuşla gedim. Dövlət AZAL-a bu qədər subsidiya verir, amma qiymətlər endirilmir. Bəlkə ciddi bir müraciət hazırlayaq. Deputatların biletin qiyməti ilə bağlı dedikləri fikirlər havada qalır. Bəlkə heç o barədə danışmayaq?”.

  •  (0)
  •  (0)