“”Dostluq” yatağına dair Memorandum imzalanmasından sevinc duyuruq” – Çavuşoğlubackend

“”Dostluq” yatağına dair Memorandum imzalanmasından sevinc duyuruq” – Çavuşoğlu

Türkiyə Türkmənistan neft və qazının bu ölkə vasitəsilə Avropaya nəqli üçün üzərinə düşən öhdəlikləri yerin yetirməyə hazırdır.

Hokm.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada türkmənistanlı həmkarı Rəşid Meredovla mətbuat konfransı zamanı deyib.

O bildirib ki, Türkiyə Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağının birgə işlənməsi barədə Anlaşma Memorandumunun imzalanmasından sevinc duyur:

“Biz türkmən nefti və qazının Türkiyəyə, oradan da Avropaya nəqlində maraqlıyıq və bununla bağlı öhdəmizə düşən vəzifələri icra etməyə hazırıq”.

  •  (0)
  •  (0)