Dördüncü dalğa BU ŞƏXSLƏRİ xəstələndirir – Tanınmış professor AÇIQLADIbackend

Dördüncü dalğa BU ŞƏXSLƏRİ xəstələndirir – Tanınmış professor AÇIQLADI

Koronavirusa yoluxanların sayı artdıqca həkimlər tərəfindən xəbərdarlıqlar bir-birinin ardınca gəlir. Türkiyəli Professor Gürcan Altun Covid-19 epidemiyasının dördüncü zirvəsindən daha çox peyvənd olunmayanların ziyan gördüyünü bildirib.

Hokm.az xəbər verir ki, professor bildirir ki, peyvənd dolunmayan və ya ikinci peyvənd dozasını tamamlamamış insanlara görə virusun yayılması davam edir. Peyvəndin yeni ştammların ortaya çıxmasına qarşı əhəmiyyətli mübarizə üsulu olduğunu bildirən Altun bunları da əlavə edib:

“Covid-19 epidemiyasının dördüncü zirvəsi peyvənd olunmayanların epidemiyasıdır. Türkiyədə reanimasiya şöbələrində yatan xəstələrin 80% -dən çoxu peyvənd edilməmiş və ya yalnız bir dəfə peyvənd olunmuşlardır. Bunun üçün hər kəs həm özünün, həm də yaxınlarının sağlamlığı üçün peyvənd olunmalıdır. Bu vətəndaşlıq borcudur”.metbuat.az

  •  (0)
  •  (0)