Dollar yenə bahalaşacaq?backend

Dollar yenə bahalaşacaq?

Dollar yenə bahalaşacaq?

Koronavirus pandemiyası dünya iqtisadiyyatına da təsirsiz ötüşmür.

Hokm.az bildirir ki, hazırda dünyanı bürüyən pandemiyanın iqtisadiyyata təsiri tam öyrənilməsə də, gələcəyə xoş gözlənti vəd edilmir. Eyni hal Azərbaycan üçün də keçərlidir.

“S&P” Reytinq agentliyinin məlumatına görə, Azərbaycanın tədiyyə balansının müsbət saldosu və Dövlət Neft Fondunun xarici aktivləri ölkənin əsas güclü tərəfi kimi qeyd olunur. Agentliyin hesablamalarına görə, COVID-19 pandemiyasının iqtisadiyyata tam təsiri hələ də aydın deyil və gözləntilərdən daha pis ola bilər.

Agentlik qeyd edir ki, volatil neft qiymətləri mühiti fonunda manata təzyiq artıb və əgər neftin qiymətləri uzun müddət aşağı səviyyədə qalsa, Azərbaycan 2015-ci ildə olduğu kimi, xarici valyuta ehtiyatlarının ciddi itkisinin qarşısını almaq məqsədilə məzənnənin tənzimlənməsinə icazə verə bilər. Bu halda sözügedən tənzimlənmə bank sektoruna əlavə zərbə vuracaq. Beləliklə, sözügedən neft qiymətləri uzun müddət aşağı səviyyədə qalsa, manata təzyiqlər davam edəcək və Azərbaycan 2015-ci ildəki kimi devalvasiya təhlükəsi ilə üz-üzə qala bilər.

Millət vəkili Vahid Əhmədov Cebhe.info-ya açıqlamasında deyib ki, hələlik Azərbaycanda devalvasiya təhlükəsi yoxdur:

“Amma neftin qiyməti elə səviyyədə qalarsa, ciddi artımlar gözlənilməzsə, təbii ki, manata təzyiqlər qaçılmazdır. Çünki bizim əsas gəlirimiz neft və neft məhsullarının ixracı ilə əlaqədardır. Həm də dünya bazarında neftlə bağlı təklif tələbi üstələyib. Tələb yoxdur, təklif böyükdür. Burada ciddi problemlər, həmçinin siyasi məsələlər də var. Digər tərəfdən, pandemiya məsələsi təsirini göstərib. Hesab edirəm ki, manata müəyyən təzyiqlər ola bilər. Bu, Azərbaycan hökumətindən və Mərkəzi Bankın atdığı addımdan da asılıdır. İndiki şəraitdə milət vəkili olaraq düşünürəm ki, manatı hələlik qoruyub saxlamaq lazımdır. Neftin qiymətində və ixracında ciddi problem olarsa, bu məsələyə baxıla bilər. Hələlik buna ehtiyac yoxdur”.

  •  (0)
  •  (1)