Direktor və müavinləri cərimələndilər – Bu paylaşıma görə – FOTOLARbackend

Direktor və müavinləri cərimələndilər – Bu paylaşıma görə – FOTOLAR

Ağdam rayonu 71 nömrəli orta məktəbin direktoru Ülviyyə Mahmudova karantin qaydalarını pozduğu üçün cərimələnib.

Hokm.az “ölkə.az”a istinadən xəbər verir ki, təhsil müəssisəsinin rəhbəri sosial şəbəkədə paylaşdığı fotolara görə barəsində inzibati protokol tərtib edilib.

Ülviyyə Mahmdovayla yanaşı müavinləri Fazilə Vəliyeva və Könül Əliyeva və daha altı müəllim cərimələniblər.

Qeyd edək ki, Ağdam rayon təhsil şöbəsinin müdiri Mətanət Misirxanova da bir müddət öncə karantin qaydalarını pozaraq qızına nişan etdiyi üçün təhsil naziri tərəfindən töhmət almışdı.

  •  (0)
  •  (1)