DİQQƏT: Martda yoluxmaların 10 dəfə artmasının SƏBƏBİ bu imişbackend

DİQQƏT: Martda yoluxmaların 10 dəfə artmasının SƏBƏBİ bu imiş

“Məncə, bu, Britaniya ştamıdır. Çünkü keçən illə müqayisədə xəstəlik daha aqressiv gedişlidir”.

Hokm.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Bunu Azərbaycan Tibb Universitetinin Yoluxucu Xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə mart ayı ərzində yoluxmaların sayının 10 dəfə artmasına aydınlıq gətirərkən deyib. İnfeksionist hesab edir ki, bu artım Biritaniya ştamı (B1.1.7) hesabına baş verir:

“Əvvəlki aylarla müqayisədə xəstələr 2-3 günə ağırlaşır.Temperatur qısa zamanda 40-41 dərəcəyə yüksəlir.Temperaturu salmaq çox çətin olur. Klinik əlamətlər daha kəskin davam edir”.

Vüqar Cavadzadə qeyd edib ki, gündəlik yoluxanlar arasında epidemik anamnez toplamaq lazımdır:

“Yəni, bunlar 14 gün ərzində harda olublar, hara gediblər, hərarəti olan xəstələrlə kontaktda olublarmı və s. Son 15 gündə yoluxan xəstələr arasında kiçik təhlil apardım. Nəticədə görürəm ki, yaşlı insanlar daha çox yas yerlərində kütləvi yoluxurlar. Maraqlısı da odur ki, yaşlı insanlar koronavirusdan dünyasın dəyişən insanın yasına gedirlər. Cavan insanlar daha alkiv həyat tərzi keçirdiyinə görə bunlar avtobuslarda, kafe və restoranlarda daha çox yoluxurlar. Epidemik cəhətcə deyilənləri təhlil edib, yoluxmalar daha çox baş verən yerlərdə əksepidemik tədbirlər gücləndirilsə, yaxşı olar”.

 

  •  (0)
  •  (0)