ABŞ-dakı kazinolardan birinə getmiş 200 nəfərdən artıq şəxs norovirusa yoluxub.
Hokm.az-ın Cebhe.info-ya istinadən məlumatına görə, hadisə Luziana ştatının Leyk-Çarlz şəhərində baş verib. Yerli “WVUE” telekanalı xəbər verir ki, “L’Auberge” kazinosunda virusun yayılması ötən həftə qeydə alınıb. Ştatın səhiyyə naziri Leysi Kavano bildirib ki, norovirus çox təhlükəli bir xəstəlikdir və cəmiyyətdə onun yayılması müşahidə olunur.
Qeyd edilir ki, bağırsaq və ya mədə qripi də adlandırılan norovirus kəskin bağırsaq infeksiyasının yaranmasına səbəb olur.
















