DİQQƏT! Bəzi insanlar buna görə koronavirusu ağır keçirir – SƏBƏBbackend

DİQQƏT! Bəzi insanlar buna görə koronavirusu ağır keçirir – SƏBƏB

Bütün dünyada sürətlə yayılan COVID-19 infeksiyası ilə bağlı yeni araşdırma aparılıb.

Hokm.az xəbər verir ki, ABŞ-ın qabaqcıl təhsil müəssisələrindən biri olan Yale Universitetində aparılan araşdırmada bəzi insanların bir neçə neçə həftə, ay xəstəlikdən sağalmadıqlarının səbəbi müəyyənləşdirilib. Xəstəliyə qalib gələ bilməyən insanların qanında “avto-antikor” dəyərlərinin daha yüksək olduğu məlum olub.

Avto-antikorların orqanizmin COVID-19-a qarşı antikor yaratmasına mane olduğunu bildirən mütəxəssislər insanların buna görə koronavirusu ağır formada keçirdiklərini qeyd ediblər.

Ümumilikdə koronavirusa yoluxan 194 tibb işçisi və 30 səhiyyə ocağında araşdırma aparılıb.Redaktor.az

  •  (0)
  •  (1)