DİNİB  Pirallahı’da növbəti tədbir keçirdi.backend

DİNİB Pirallahı’da növbəti tədbir keçirdi.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Dialoq və İnkişaf Naminə İctimai Birliyi (DİNİB) “Ətraf mühitin qorunması və əhalinin ekoloji maarifləndirilməsi” adlı layihəsi çərçivəsində Pirallahı rayonu Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində növbəti tədbir keçirib.

Tədbiri giriş sözü ilə “Dialoq və İnkişaf Naminə” İctimai Birliyin sədri Çingiz Bayramov açaraq tədbir iştirakçılarına layihə və bu sahədə olan dövlət siyasəti haqqında geniş məlumat verib. DİNİB sədri qeyd edib ki, insanların ekoloji maarifləndirilməsində məqsədimiz ətraf mühitin çirklənməsinin qarşısının alınması və əhalinin sağlamlığının təmin edilməsində təşkilat olaraq öz töhfəmizi vermək və bu sahədə ictimayyət arasında geniş maarifləndirmə işləri aparmaqdır. DİNİB üzvü tanınmış jurnalist Fuad Abbasov günümüzün əsas problemlərindən olan İçməli su və tullantılar, onların həlli yolları haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Natiq çıxışına davam edərək, son dövrlərdə dövlətimizin ətraf mühitin qorunması istiqamətində qəbul etdiyi qanunlardan və həyata keçirdiyi tədbirlərlərdən danışıb. Layihənin əhəmiyyətindən danışaraq baxmayaraq birliyimizin apardığı sorğulardan məlum olmuşdur ki, vətəndaş cəmiyyəti institutlarının çoxşaxəli tədbirlərin keçirilməsinə hələ də zərurət vardır. DİNİB sədri Çingiz Bayramov çıxışına davam edərək bildirdi ki, ulu öndər Heydər Əliyevin “Bir ağacı kəsən mənim bir qolumu kəsir” fikri dövlətimizin ekologiya verdiyi ən böyük dəyərdir. “Dəcəl Balam” Ailə və Uşaq İnkişaf Mərkəzinin direktoru Dilşad Əhədova çıxış edərək, yeniyetmə və gənclər arasında ekoloji maarifləndirmənin vacibliyindən danışıb. O maraqlı və əyləncəli çıxışı ilə tədbir iştirakçılarınını mövzu ilə bağlı tanış edib və xüsusi ilə də, şagirdlərin bu məsələlər ətrafında təlim və tərbiyəsinin formalaşdırılmasına ehtiyac olduğunu bildirib. Tədbirdə digər çıxış edənlər isə bu cür layihələrin davamlı keçiirlməsinin əhəmiyyətindən bəhs ediblər. Tədbirin sonunda isə iməcilik keçirilib və xatirə şəkli çəkilib.

  •  (0)
  •  (0)