“İbadət evlənin açılması sevindirici haldır. Qafqaz Müsəlmanları İdarəsi də bu məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edirdi. Şükürlər olsun ki, bu gün ibadət evlərinin açılması barədə qərar verilib”.
Bunu oxu.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli bildirib.
O bildirib ki, ibadət evləri açılan zaman karantin rejimin qaydalarına əmək ediləcək:
“Sosial məsafə saxlamaq, maska taxmaq və digər gigiyenik qaydalara əməl etmək şərtilə ibadət yerləri iyunun 10-dan etibarən fəaliyyətə başlayacaq. Dini icmalar tərəfindən qaydalara riayət olunmasına nəzarət ediləcək”.
“Bu o qədər çətin məsələ deyil. Çünki məsciddə olan icma üzvlərinin sayı imkan verir ki, qaydalara riayət olunması tənzimlənsin”, – deyə QMİ rəsmisi əlavə edib.
















