Dini icma rəhbərləri Ağdam Cümə məscidini ziyarət etdi – FOTObackend

Dini icma rəhbərləri Ağdam Cümə məscidini ziyarət etdi – FOTO

Ağdamda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə və dini konfessiyaların rəhbərləri Ağdamın Cümə məscidini ziyarət ediblər.

A.Paşazadə və dini icma rəhbərləri ibadət edib, məsciddə namaz qılıblar.

Onlar Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhuna dualar oxuyublar.

Qeyd edək ki, QMİ sədri Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycandakı Roma Katolik İcmasının rəhbəri Vladimir Fekete və Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili iştirak edirlər.

xxx

Ağdamda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə və dini icma rəhbərləri birinci Qarabağ müharibəsində şəhid olan hərbçilərin məzarlarını ziyarət ediblər.

Allahşükür Paşazadə və dini icma rəhbərləri Milli Qəhrəman Allahverdi Bağırov, Əlabbas İsgəndərov və digər şəhidlərin qəbrini ziyarət edib, onların ruhuna dualar oxuyublar.

Qeyd edək ki, səfərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycandakı Roma Katolik İcmasının rəhbəri Vladimir Fekete və Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili iştirak edirlər.

 

xxx

Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin Ağdama səfərə gəlib.

Səfərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycandakı Roma Katolik İcmasının rəhbəri Vladimir Fekete və Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili iştirak edir.

Səfər çərçivəsində dini konfessiyaların rəhbərləri Ağdamda İmarət adlanan ərazidə dağıdılan, məhv edilən Azərbaycan abidələri ilə yerindəcə tanış olurlar. (trend)

xxx

Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin Ağdama səfəri başlayıb.

Səfərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycandakı Roma Katolik İcmasının rəhbəri Vladimir Fekete və Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili iştirak edir.

Dini icma rəhbərləri Ağdamdan öncə Bərdə şəhərində yerləşən Şəhidlər Xiyabanını və Cümə məscidini ziyarət ediblər. trend

  •  (0)
  •  (0)