İyulun 14-də Tovuzla sərhəddəki döyüşlərdə Azərbaycan Ordusunun açdığı atəş nəticəsində başından yaralanan erməni əsgər Artur Muradyan xəstəxanada ölüb.
Hokm.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik əsgərin bu gün öldüyünü bildirib.
2001-ci il təvəllüdlü Artur Muradyan məcburi hərbi xidmət keçib.
Ermənistan Müdafiə Nazirliyi bundan öncə dəfələrlə guya cəbhənin təmas xəttində icbari xidmət keçən əsgərlər yox, muzdluların yerləşdirdiyini açıqlayıb.
















