DİN “Porsche” ilə yeniyetməni öldürən şəxslə bağlı MƏLUMAT YAYDI – YENİLƏNİBbackend

DİN “Porsche” ilə yeniyetməni öldürən şəxslə bağlı MƏLUMAT YAYDI – YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) “Porsche”nin piyadanı vurub öldürməsi ilə bağlı məlumat yayıb.

DİN-dən Hokm.az-a verilən məlumata görə, iyunun 13-də saat 23 radələrində Yasamal rayonunun M.Xiyabani küçəsində Bakı şəhər sakini Ç.Ağazadə idarə etdiyi “Porsche” markalı avtomobillə yolu keçən paytaxt sakini Ayxan Səlimovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

***

08:53

Bakının Yasamal rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

Hokm.az xəbər verir ki, hadisə Yasamal rayonu Məhəmməd Xiyabanı küçəsində baş verib.

Piyada keçidindən keçən 2005-ci il təvəllüdlü Səlimov Məhəmməd Mehman oğlunu “Porsche” markalı avtomobili idarə edən Ağazadə Çingiz Əkrəm oğlu vurub. Piyada hadisə yerində ölüb. Sürücü polislər tərəfindən saxlanılıb.(apa)

  •  (0)
  •  (1)