DİN motoskilet sürücüsünü döyüb təhqir edən şəxslər bağlı açıqlama verdibackend

DİN motoskilet sürücüsünü döyüb təhqir edən şəxslər bağlı açıqlama verdi

Bakıda “Lexus” Markalı, 10 VX 707 dövlət nişanlı avtomobilin sürücüsünün motosiklet sürücüsünü vurmasını və təhqir etməsini əks etdirən görüntülər yayılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov e-huquq.az-a açıqlamasında bildirib ki, yayılan görüntülərdən məlumatlıdırlar.

Onun sözlərinə görə, artıq yayılan görüntülərlə bağlı araşdırmalara başlanıb:

“Hadisə araşdırıldıqdan sonra nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, sosial şəbəkələrdə “Lexus”un sürücüsünün Dadaşov Sultan Tofiq oğlu olduğu bildirilir.

  •  (0)
  •  (0)