DİN-in şöbə rəisi iş başında vəfat etdibackend

DİN-in şöbə rəisi iş başında vəfat etdi

Daxili İşlər Nazirliyinin (DİN) Səfərbərlik işləri və mülki müdafiə şöbəsinin rəisi Mehdiyev Yusif Fazil oğlu iş otağında vəfat edib.

Hokm.az-ın “Qafqazinfo”-ya istinadən verdiyi məlumata görə, hadisə dünən 17:30 radələrində baş verib.
Ürək çatışmazlığından əziyyət çəkən 48 yaşlı polkovnik Y.Mehdiyevin halı anidən pisləşib. Həkim gələnə kimi isə vəfat edib.

  •  (0)
  •  (0)