DİN-dən deputatın qohumunun polis tərəfindən saxlanılması ilə bağlı AÇIQLAMAbackend

DİN-dən deputatın qohumunun polis tərəfindən saxlanılması ilə bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) deputat Tahir Kərimlinin qohumunun polis əməkdaşları tərəfindən saxlanılmasına münasibət bildirib.
DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hansısa vətəndaşın deputat Tahir Kərimlinin qohumu olduğu üçün saxlanılması ilə bağlı nazirlikdə məlumat yoxdur.
“Bu iddiaların təfərrüatlarından məlumatsız olduğumuz üçün konkret cavab verə bilmirəm. Bilinmir ki, kimdən, nədən bəhs edilir”, – o vurğulayıb.
Deputat T.Kərimli noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı parlamentdə çıxışlarından sonra Şamaxıda yaşayan qohumlarından birini polis saxlayaraq yoxladığını deyib.
  •  (0)
  •  (0)