DİN-dən bıçaqlanan polis rəisi ilə bağlı AÇIQLAMAbackend

DİN-dən bıçaqlanan polis rəisi ilə bağlı AÇIQLAMA

Xaçmaz Rayon Polis Şöbəsinə avqustun 24-də saat 20:00 radələrində Qaraqurtlu kəndində yaşayan Rövşən Əsgərbəylinin evində münaqişə zəminində qardaşı oğlu Əliağaya bıçaqla, sonradan isə tüfəngdən açdığı atəşlə özünə xəsarət yetirməsi barədə məlumat daxil olub.

Hokm.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

R.Əsgərbəyli xəstəxanaya aparılarkən yolda ölüb, Əliağanın vəziyyəti isə ağırdır.

Polis əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

  •  (0)
  •  (0)