DİN bu şəxslə bağlı ƏHALİYƏ MÜRACİƏT ETDİ – FOTObackend

DİN bu şəxslə bağlı ƏHALİYƏ MÜRACİƏT ETDİ – FOTO

Naftalan sakini itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Hokm.az-a verilən məlumata görə, 1987-ci il təvəllüdlü Tural Musyev bu il noyabrın 21-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

T.Musayevin əlamətləri belədir: arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, saçlarının rəngi qaradır.

“Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 02235-2-31-15 şəhər və (050) 664-94-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur”, – Mətbuat Xidmətindən bildirilib.

  •  (0)
  •  (0)