DİN Bəxtiyar Hacıyevə qoyulan “stop”u götürdübackend

DİN Bəxtiyar Hacıyevə qoyulan “stop”u götürdü

 İctimai fəal Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyi tərəfindən ölkədən çıxışına qadağa qoyulduğunu bildirib.

Hokm.az xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində paylaşım edib. Hacıyev bildirib ki, xaricə getmək istəyərkən hava limanında ona ölkədən çıxışının qadağan olunduğu bildirilib.

Qısa müddət sonra isə o növbəti paylaşım edərək problemin həll olunduğunu qeyd edib: “Xeyli araşdırandan sonra dedilər ki, açılıb-bağlanmış bir işdə şahid olduğum üçün ötən il “saxla” qoyulubmuş. “Saxla” əmrini rəsmi qaydada qoymaq lazımdır ki, səfərdən əvvəl DİN-in saytında yoxlayıb vaxtında tədbir görək. Saytda isə “stop” yox idi. Hətta səhər hava limanında da yoxlayanda yox idi. İki saat saxlanılıb ora-bura aparılandan sonra son anda təyyarəyə çatdım”

  •  (0)
  •  (0)