“DİM-in çap etdiyi test kitabçaları yeni qəbul qaydalarına yaramır”backend

“DİM-in çap etdiyi test kitabçaları yeni qəbul qaydalarına yaramır”

Bildiyiniz kimi, ali məktəblərə qəbul imtahanlarına bir aydan da az qalıb. Amma DİM XI siniflər üzrə test kitabçası çap etməyib”. 

“Yeni Sabah” xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki,  2019 – cu ildə keçiriləcək imtahanlarda istifadə olunacaq test tapşırıqları həm formalarına, üslubuna, həm də qiymətləndirmə meyarlarına görə tamam fərqli olacaq:

“DİM buna qədər fənlər üzrə test bankı çap etsə də, bu test banklar yeni qəbul qaydalarına demək olar ki, 60 faiz yaramır. Çünki o test banklar ənənəvi, kurikuluma qədərki dərsliklərdən hazırlanıb və oradakı tapşırıqların çoxu ya yeni kitabda yoxdur, ya da yeni kitablarla ziddiyyət təşkil edir.

Ən ciddi fəsadlar XI siniflər üçün fənlər üzrə test kitabçalarının çap olunmamasıdır. Təsəvvür edin ki, əsgərlər döyüşə gedir, amma silahdan, sursatdan xəbərsiz. Yəni abituriyentlərin əlində ciddi şəkildə resurs çatışmazlığı var.

Təhsil nazirliyinin onsuzda bu qəbul və buraxılış imtahanlarından xəbəri yoxdur. Onlar ancaq sonda hansısa bir statistik məlumatları paylaşıb deyəcək ki, baxın inkişaf var. Amma bu inkişafda, uğurda onların payı varmı? Əlbəttə ki, yox. Onların təhsildəki heç bir uğurda, müsbət göstəricidə payı və zəhməti yoxdur. İndiki Təhsil nazirliyi ilə təhsil, buraxılış və qəbul imtahanları bir-birindən milyon işıq ili uzaqlıqda yerləşir.

Onlar belə ciddi məsələlər ilə məşğul olmurlar.

Yaxşı ki, bu repetitorlar, hazırlıq kursları var, onlar Təhsil nazirliyinin, məktəbin işini görərək testlər hazırlayırlar. Vəziyyət 27 il əvvəlki kimidir. Test yox, resurs yox. Yeni tipli test tapşırıqları nümunələri olduqca azdır və bəsitdir”

  •  (0)
  •  (0)