Dilqəmlə Şahbazın Şuşadan çıxarıldığı TƏSDİQLƏNDİ – RƏSMibackend

Dilqəmlə Şahbazın Şuşadan çıxarıldığı TƏSDİQLƏNDİ – RƏSMi

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) erməni girvoluğunda saxlanılan azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin Dağlıq Qarabağdan Ermənistana köçürüldüyünü təsdiqləyib.

BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova modern.az-a bildirib ki, köçürülmə bir neçə gün əvvəl həyata keçirilib:

“Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslər Dağlıq Qarabağdan Ermənistana köçürülüblər. Biz mümkün qədər tez bir zamanda onlara baş çəkməyə çalışacağıq. Ailələrini bu barədə məlumatlandıracağıq”.

Qeyd edək ki, D.Əsgərov və Ş.Quliyevin Ermənistana köçürülməsini D.Əsgərovun oğlu K.Əsgərov açıqlamışdı.

  •  (0)
  •  (0)