Dilqəm Əsgərovun səhhətindən xəbər var – ÖZÜ DANIŞDIbackend

Dilqəm Əsgərovun səhhətindən xəbər var – ÖZÜ DANIŞDI

Bir müddət öncə səhəti ilə bağlı problemlər yaşayan Dilqəm Əsgərov hərbi hospitalların birində müayinə edilib.

Bu barədə Baku.ws-ə Dilqəm Əsgərovun özü bildirib.

“Hərbi hospitalda müayinə edildim. Sağ olsunlar məni müayinə etdilər və müalicə yazdılar. Ayaq və baş nahiyəmdə müəyyən ağrılar var, amma ümumilikdə səhhətim yaxşılığa doğru dəyişir. Yaxın günlərdə müalicə alacam”, – deyə D.Əsgərov bildirib.

Məlumat üçün qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcər rayonunda yaxınlarının məzarını ziyarət edərkən işğalçı Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən əsir götürülmüşdü. Yeddi ilə yaxın əsirlik həyatı yaşayan vətəndaşlarımız Vətən müharibəsində əldə olunan qələbədən sonra azad edilərək Azərbaycana qaytarılıb.

  •  (0)
  •  (0)