Di Kaprio Baydenə açıq məktub yazdıbackend

Di Kaprio Baydenə açıq məktub yazdı

Amerikalı aktyor Leonardo Di Kaprio iqlim böhranının aradan qaldırılması üçün tədbirlər görmək xahişi ilə ABŞ Prezidenti Cozef Baydenə açıq məktub yazıb və onu öz instaqram hesabında yerləşdirib.

Hokm.az qafqazinfo-ya istinadən xəbər verir ki, paylaşım bir sutka ərzində təxminən 500 min bəyənmə və 4 mindən çox şərh toplayıb.

Ekoloji problemlərlə çoxdan məşğul olan aktyor Cozef Baydeni bəşəriyyətin düşdüyü “uçurum kənarından” uzaqlaşdıracaq “iqlim prezidenti” olmağa çağırıb.

“Siz elə edə bilərsiniz ki, bütün dünyada mədən yanacağı əvəzinə təmiz enerji istifadə olunsun. Bu, böyük sayda iş yerləri yaradacaq, zərərli emissiyaları azaldacaq və paralel olaraq iqtisadi və irqi bərabərsizliyi aradan qaldıracaq”, – Di Kaprio əminliyini ifadə edib.

O, həmçinin Baydenin atmosferə karbon qazı tullantılarının atılmasının azaldılması ilə bağlı tədbirlər haqqında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasına qayıtmaq qərarını alqışlayıb.

  •  (0)
  •  (0)