“Deyirdin Şuşanın xəbərini sən deyərsən” – Məşhur aparıcı AĞIR İTKİSİNDƏN yazdıbackend

“Deyirdin Şuşanın xəbərini sən deyərsən” – Məşhur aparıcı AĞIR İTKİSİNDƏN yazdı

Xəbər verdiyimiz kimi İctimai Televiziyanın xəbərlər proqramının aparıcısı Jalə Həsənlinin anası rəhmətə gedib.

Hokm.az xəbər verir ki, bu barədə Jalə sosial media hesabında paylaşım edib:

“Jalə, birdən mənə nəsə olsa, arxamca çox ağlamayın, cavan-cavan oğullar şəhid olur, onların ruhundan, analarının göz yaşından ayıbdır.”
Amma bacarmıram, mələk üzlü anam…Axı sənə söz vermişdim, səni Şuşaya aparacaqdım. Niyə səbr etmədin? Deyirdin, Şuşanın xəbərini sən deyərsən, yaxşı Jalə? Bundan sonra desəm, eşidəcəksən? Amma sənə söz verirəm, bayrağımız Şuşaya sancılsın, ilk çıxan Xarı Bülbülü dərib, sənə gətirəcəm
Sənə söz verirəm…Ruhun şad olsun, mələk üzlüm”.big.az

  •  (6)
  •  (2)