Devid Bekhem Ronaldunu öz klubuna transfer etmək istəyirbackend

Devid Bekhem Ronaldunu öz klubuna transfer etmək istəyir

“Yuventus”un hücumçusu Kriştianu Ronaldu Devid Bekhemə məxsus “İnter Mayami” klubuna keçə bilər.

Bu barədə “Todo Fichajes” məlumat yayıb.

“İnter Mayami” klubu futbolçunun Turindəki gələcəyi ilə bağlı qeyri-müəyyənlikdən istifadə etmək istəyir. Belə ki, Ronaldunun “Yuventus”la müqaviləsi 2022-ci ildə başa çatır, lakin hələlik tərəflər müqavilə müddətinin uzadılması məsələsinə aydınlıq gətirə bilməyiblər.

Bundan əlavə Devid Bekhemin 36 yaşlı futbolçunu ABŞ-a gəlməyə şəxsən razı salacağına əmin olduğu qeyd olunur.

  •  (0)
  •  (0)