Dərsliklərə tətbiq ediləcək Sinqapur modeli nədir? – VİDEObackend

Dərsliklərə tətbiq ediləcək Sinqapur modeli nədir? – VİDEO

Təhsil Nazirliyi ikili istiqamətdə, təbiət elmləri və riyaziyyat fənləri üzrə təhsil proqramının təkmilləşdirilməsi üçün yeni layihəyə start verir.

Dərsliklərə yeni – Sinqapur modeli tətbiq ediləcək.

Bəs gündəmə gətirilən yeni modelə qoşulmaqda məqsəd nədir, bu əməkdaşlıq müəllim və şagirdlərə nə verəcək?

Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva məsələ ilə bağlı Baku TV-nin suallarını cavablayıb.

O bildirib ki, Sinqapur modelinin tətbiqi üçün müəllimlərimiz xarici mütəxəssislərlə təlimlərə qatılacaq, eləcə də, təhsil proqramlarımız yenilənəcək.

Qeyd edək ki, beynəlxalq qiymətləndirməyə əsasən, sinqapurlu şagirdlər ön sıralarda yer alıblar.

 

  •  (1)
  •  (0)