Dərslər bu tarixdə bərpa oluna bilər – RƏSMİbackend

Dərslər bu tarixdə bərpa oluna bilər – RƏSMİ

“Planlaşdırılan kimi sentyabrın 15-dən məktəblərdə dərslərə başlanması nəzərdə tutulur”.

Hokm.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bugünkü brifinqində çıxışı zamanı deyib.

“Amma təbii ki, sentyabrın əvvəlində epidemioloji vəziyyətdən asılı olaraq yenə bu məsələyə baxıla bilər”.

Ş.Mövsümov həmçinin şagirdlərin və onların valideynlərinin peyvəndlənməsi ilə bağlı tələb qoyulmadığını diqqətə çatdırıb.

  •  (0)
  •  (0)