Deputatlığa namizəd mühafizə xidmətinin qərargah rəisi Səməd Həsənov bizdən nə istəyir?-FOTOFAKTbackend

Deputatlığa namizəd mühafizə xidmətinin qərargah rəisi Səməd Həsənov bizdən nə istəyir?-FOTOFAKT

Bir neçə gün öncə Analoq.az-ın rəsmi Facebook hesabında “35 saylı Xətai Üçüncü Seçki Dairəsindən kimi Milli Məclisdə görmək istəyirsiniz?” – adlı sorğu paylaşmışdıq. Təbii ki, virtual sorğu parlament seçkilərində heç bir ciddi önəm daşımır. Bu, sadəcə sosial şəbəkə istifadəçilərinin rəy və fikirlərini formalaşdırır.
https://m.facebook.com/analoqazoffical/photos/a.244248335951349/1037754896600685/?type=3&source=48
35 saylı Xətai Üçüncü Seçki Dairəsindən bitərəf namizəd kimi qeydə alınan deputatlığa namizəd Həsənov Səməd Məmməd oğlu redaksiyamızla əlaqə saxlayıb sorğuda niyə onun şəklini paylaşmamağımızı soruşdu. Rəsmi olaraq deputatlığa namizədə bildirdik ki, bu bir sorğudur. Hazırladığımız sorğuda yalnız 9 namizədin adını qeyd edə bilmişik. Bu da sayt olaraq bizim seçimimizdir.Buna hörmətlə yanaşmanızı istəyirik.

Səməd Həsənov dəfələrlə onunla şəxsi-qərəzlik aparmağımızı, ayrı-seçkilik salmağımızı qeyd etsə də, onunla heç bir ədavətin və qərəzin olmadığını söylədik.

Bundan sonra deputatlığa namizəd “Analoq.az xeberler” adlı Facebook sosial şəbəkəsində bizim fəaliyyətimizə kölgə salacaq fikirlər ünvanladı.
Deputatlığa namizəd mühafizə xidmətinin qərargah rəisi Səməd Həsənov bizdən nə istəyir?-FOTOFAKT
Özünü Qarabağ qazisi, həkim və polkovnik kimi təqdim edən Səməd Həsənov birinci Qarabağ müharibəsində döyüşdüyünü, vətən, torpaq üçün xidmətlərini dəfələrlə sadalayaraq məhz şəkilinin tərəfimizdən israrla paylaşılmasını bildirdi.

Dövlət və ərazi bütövlüyümüz üçün döyüşməsini ona xatırladanda Səməd müəllim bizi qeyri-peşakarlıqda və səriştəsizlikdə ittiham etdi.
Deputatlığa namizəd mühafizə xidmətinin qərargah rəisi Səməd Həsənov bizdən nə istəyir?-FOTOFAKT
Analoq.az olaraq bir balaca araşdırma aparıb öyrəndik ki, Səməd Həsənov “Riyad” Mühafizə Xidmətində Qərargah rəisi vəzifəsində çalışıb.

Səməd Həsənov barəsində “Riyad” Mühafizə Xidmətinin rəhbərliyinə məlumat versək də, namizəd yenidən bizimlə əlaqə saxlayıb nahaq şikayət etdiyimizi bizə irad bildirdi.

Hörmətli namizədin nəzərinə yetirdik ki, barəmizdə yazdıqları barədə təkzib yazsın. O isə “təkzib”i təəccüblə qarşıladı. Görünür təkzib sözünü tam başa düşə bilmədi.

Daha sonra isə bildirdi ki, bütün telefon danışıqları yazılır. Bu barədə də namizədə bildirmək istəyirik ki, telefon danışıqlarını yazmaq və icazəsiz yaymaq qanuna ziddir.

Analoq.az olaraq MSK və digər aidiyyatı orqanlardan deputatlığa namizəd Səməd Həsənovun mətbuata və jurnalistikaya olan münasibətinin səbəbini öyrənmək istəyirik.

Ölkə başçısı Cənab İlham Əliyevin dəfələrlə media nümayəndələrinə verdiyi böyük diqqət və qayğı olduğu halda, Səməd Həsənovun bu cür münasibəti bizə qaranlıq qaldı.

Savalan Talıblı
Analoq.az saytının baş redaktoru

                                                                      Hokm.az

  •  (0)
  •  (0)