Hokm.az bildirir ki, Lerikdən deputatlığa namizəd Vasif Qafarov Lerik İcra Hakimiyyətində baş verən korrupsiya ilə bağlı məlumat yayıb.
Deputatlığa namizəd dövlət başçısı İlham Əliyevin rayonlarda yaradılan ödənişli ictimai işlərlə bağlı çıxışını paylaşaraq qeyd edib ki, sözügedən məsələ ilə bağlı Lerikdə ciddi araşdırma aparılmalıdır:
“Möhtərəm cənab Prezidentin yaradılan ödənişli ictimai iş yerlərinin ünvana çatmaması ilə bağlı qaldırdığı məsələnin Lerik rayonunda da ciddi təftiş edilməsi vacibdir.
İnsanlar var ki, evinin zinət əşyalarını lombarda qoyub 1500, 2000, 2500 manata həmin iş yerlərini satın alıblar. İndi lombardın ödənişlərini ödəyə bilməyən həmin şəxslərin fəryadı insanın ürəyini parçalayır…”aztoday.az
Hostimul.com saytında müştərilərə təklif olunan bulud serverlər DdoS hücumlarına
qarşı maksimum müdafiə olunur və sizin saytınız və serveriniz istənilən kiber hücum
zamanı tam təhlükəsiz olur. Hostimul.com saytında bulud serverlərin quraşdırılması
zamanı heç bir ödəniş tələb olunmur. Həmçini bulud serverlərdə istənilən qədər
domen adı istifadə etmək mümükündür.
Daha ətraflı məlumat üçün: https://hostimul.com/cloud-vps-hosting/
















