Deputatlığa namizəd AĞIR QƏZAYA UĞRADI — FOTObackend

Deputatlığa namizəd AĞIR QƏZAYA UĞRADI — FOTO

104 saylı Gədəbəy-Tovuz Seçki Dairəsindən deputatlığa namizəd, iş adamı Nazim Bəydəmirli ağır yol qəzasına uğrayıb.

Hokm.az Ölkə.Az-a istinadən xəbər verir ki, bu barədə deputatlığa namizəd Nazim Bəydəmirli özü məlumat verib.
Onun dediyinə görə, Gədəbəyin Şınıx  bölgəsində İsalı kəndindən seçicilərlə görüşdən qayıdarkən, Fərzalı kəndində qəzaya uğrayıb və idarə etdiyi maşın çevrilib. Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.
Bu səbəbdən də N. Bəydəmirli Zamanlı, Mor-Mor, Göyəmli kəndlərindəki görüşlərimizi təxirə salmalı olub.
Baş verənləri N. Bəydəmirli belə dəyərləndirib: “Deyəsən, xalqımız demiş “göz dəydi”.. Sabahdan görüşlərimiz davam etdiriləcək, bu millətin yolunda ölümə də hazır olmalıyıq.. Biz fəaliyyətimizlə qələbəni çoxdan təmin etmişik, rəsmiləşdirmək isə dövlətin işidir.. İstəsə rəsmiləşdirəcək, istəməsə yox, bu sadə həqiqəti isə hamı bilir..”.


Hostimul.com saytında müştərilərə təklif olunan bulud serverlər DdoS hücumlarına
qarşı maksimum müdafiə olunur və sizin saytınız və serveriniz istənilən kiber hücum
zamanı tam təhlükəsiz olur. Hostimul.com saytında bulud serverlərin quraşdırılması
zamanı heç bir ödəniş tələb olunmur. Həmçini bulud serverlərdə istənilən qədər
domen adı istifadə etmək mümükündür.

Daha ətraflı məlumat üçün: https://hostimul.com/cloud-vps-hosting/

  •  (0)
  •  (0)