Deputatlardan “Poz Qazan” və “Misli.az”la bağlı ŞOK AÇIQLAMA: “Arxasında duranlar…” – Qanunları necə pozurlar?backend

Deputatlardan “Poz Qazan” və “Misli.az”la bağlı ŞOK AÇIQLAMA: “Arxasında duranlar…” – Qanunları necə pozurlar?

Hazırda ölkəmizdə ciddi narahatlıq doğuran məsələlərdən biridə “Poz-qazan” lotereyasıdır. İnsanlar arasında bu mərc oyununa bir növ aludəçilik halları formalaşmağa başlayıb. Bir çoxları bu mərc oyununa öz şanslarını sınamaq üçün müraciət etsələrdə, müəyyən müddətdən sonra daimi müştəriyə çevrilirlər.

32gun.az məsələ ilə bağlı deputatlara sual ünvanlayıb:

Oxu.az - Məmurların dərdini dilə gətirən deputat: Fazil Mustafa gələn il  “Bakını xilas edəcək”

Millət Vəkili Fazil Mustafa:

“Ağıllı insanlar bir şey əldə etmək üçün özləri yollar axtarır, ağlını tam mənada istifadə etməyən insanları isə hiyləgərlər dolandırır, öz arxalarınca aparırlar. Bir insana demək olmaz ki, sən bu bəxtə, şansa bu qədər aludə olub, uduzma və yaxud vəsaitini xərcləmə. İnsan bunu özü istəyir, özü sevir və özü üçün bunu yaxşı düşünür. Biz deyə bilərik ki,  bu yaxşı hal deyil, amma insan özü istəyir ki, lotereya aludəçisi olsun, şansa özünü bağlasın. Biz sadəcə fikir olaraq deyə bilərik ki, bu yola getməyin. Bu başdan-ayağa “fırıldaqçı mexanizm”dir. Və bu mexanizmə ağıllarını istifadə edə bilməyən insanlar düşür”.

Həmçinin deputat ölkədə qadağan edilən küçə satışının necə həyata keçirilməsinə münasibət bildirib:

“Yəqin ki, arxalarında kimsə, durur. Elə belə bunu edə bilməzlər. Hətta bu vətəndaşların aldadılmasının bir yoludur,  gərək vətəndaşlar aldanmasın”.

KVN-çilərimiz Şuşa adını dəyişməkdənsə, o festivala tüpürüb, çıxmalıydı” - Aqil  Abbas | KONKRET

Millət vəkili Aqil Abbas:

“Ümumiyyətlə lotereyanın əleyhinəyəm. Amma bütün dünyada lotereya var. Bu kasıb ölkələrdə lap dəhşətdir. İnsanlar ümidlərini lotereyaya bağlayırlar, evlərini-eşiklərini uduzurlar. İndi hərə bir lotereya düzəldir, “Poz Qazan”, “Misli.az” yalandan da deyirlər ki, qonşum 20 min uddu, xalamoğlu 40 min uddu və sairə. Belə hallar yaşanır. Lotereya Amerikadan tumuş Almaniyaya qədər dünyanın hər yerində var. Amma bizdə biraz şitini çıxarıblar. Lotoreya belədir ki, onun 70-80% uduşa vurulur, yığılan pulun vergisi verilir, 20%-ni özü qazanır. Bizdə 10%-ni uduşa buraxırlar, qalanını özləri qazanırlar. Bunu yoxlasalar, belə bir məlumat ortalığa çıxacaq. Yəni insanın bu kimi şeylərə aludəçilik yaratması pis haldır.

Küçə satışı məsələsinə gəldikdə isə yəqin ki, bununla bağlı icazə alıblar. Əsasən ərzaq satışına, çirk götürən məhsullara, sanitariya qaydalarına əməl edilməli olacaq məhsullara qadağa qoyulub”.

  •  (0)
  •  (1)