Deputatlar vəkillərin 500 manat cərimələnməsi ilə bağlı təklifə etiraz etdibackend

Deputatlar vəkillərin 500 manat cərimələnməsi ilə bağlı təklifə etiraz etdi

Milli Məclisin deputatları Mülki Prosessual Məcəlləyə təklif edilən və vəkillər tərəfindən tənqid edilən məsələyə münasibət bildirib.

Hokm.az xəbər verir ki, deputat Fazil Mustafa bu dəyişikliklərlə hakimin işini yüngülləşdirmək üçün vətəndaşın hüquqlarının pozulduğunu deyib: “Necə müəyyən edəsən ki, vəsatət əsassızdır? Tutaq ki, bir deputata vətəndaş gətirib şikayət verir və deyirsən ki, şikayət məzmuna, predmete uyğun deyil. Biz buna görə vətəndaşı 100 manat cərimələyəkmi? Məhkəmə çəkişmə yeridir. Bir balaca diribaş vəkili müvafiq qurumlar imkan vermirlər fəaliyyət göstərməyə. Vəkilliyi dövlət məmuru statusunda görməkdən imtina edilməlidir. Bu, qəbul edilsə, hakimin əlində fakt olacaq ki, vəsatətdən imtina etsin. Məhkəməyə müraciəti məhdudlaşdırmalı deyilik. Vətəndaş məhkəmədən uzaq qalanda küçə “razborka”sı artmağa başlayacaq. Bu da təhlükəli tendensiyadır”.

Deputat Qənirə Paşayeva isə bildirib ki, əgər təklif edilən dəyişikliklər qəbul edilsə, vətəndaşların şikayətini dayandıra bilməyəcəklər: “Belədirsə, bəs əsassız qərar çıxaran hakim niyə cərimə ödəməməlidir ki? Axı onlar da buna görə cavab verməlidir. Biz isə bunu görmürük. Əgər təklif edilən dəyişikliklər qəbul edilsə, Milli Məclisin qapılarında vətəndaşların şikayətini dayandıra bilməyəcəyik. Deyəcəklər ki, rüsumu ödəyə bilmirik, buna görə də məhkəməyə müraciət edə bilmirik”.

  •  (0)
  •  (0)