Deputatın bacısı oğlu polisi təhqir edib-Həbs edildibackend

Deputatın bacısı oğlu polisi təhqir edib-Həbs edildi

Şirvandan deputat olan İltizam Yusifovun bacısı oğlu Cəfərov Şəhriyar Cəfər oğlu polisi təhqir etdiyi üçün inzibati qaydada Şirvan şəhər məhkəməsi tərəfindən 15 günlük həbs edilib.

Bu haqda tia.az-ın verdiyi xəbərə görə, hadisə noyabrın 9-da baş verib. Belə ki, onun tanışı içkili vəziyyətdə DYP əməkdaşları tərəfindən saxlanılıb.

Həmin şəxs Şəhriyar Cəfərova zəng edərək onu əraziyə çağırıb. Deputatın bacısı oğlu hadisə yerinə gəldikdən sona Şirvan DYP əməkdaşları ilə mübahisə edib və polisi təhqir edib.

Məlumata görə DYP əməkdaşları əlavə polis qüvvələrinin köməyi ilə hər iki şəxsi polis şöbəsinə aparıblar, oradan isə məhkəmə qarşısına çıxarılıblar.

Məhkəmə deputatın bacısı oğlu Şəhriyar Cəfərova 15 gün inzibati həbs cəzası verib, digər şəxs isə cərimə edilərək sərbəst buraxılıb.

  •  (0)
  •  (0)