Deputatdan təklif: Məscidlər bu qaydada açılsınbackend

Deputatdan təklif: Məscidlər bu qaydada açılsın

Məscidlər kütləvi ibadətlər üçün deyil, fərdi və günlük ibadətlər üçün açılmalıdır.

Hokm.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa qeyd edib.

O bildirib ki, məscidlər günlük ibadətlər üçün açılarsa, karantin davranış qaydalarına riayət edilməlidir:

“Girişdə çox sayda adamın yoxlanılması mümkün olmadığına görə cümə namazı vaxtı virusa yoluxma riski çox olur. Günlük ibadətlər üçün isə məsciddə sosial məsafə saxlamaq, müəyyən sayda insanların daxil olmasını tənzimləmək və girişdə temperaturun, qoruyucu maskanın olub-olmamasını yoxlamaq mümkündür. Fikrimcə, cümə namazı üçün xütbənin və ibadətin dəqiq bir vaxtda onlayn qaydada bir məsciddən reportajla verilməsi və insanların kiçik qruplar halında evdə və ya iş yerlərində öz ibadətlərini yerinə yetirməsi təmin oluna bilər. Bunun üçün İctimai Televiziyanın imkanlarından istifadə etmək mümkündür.

Dindarlar üçün çətin durumdur, lakin toplumun ümumi sağlamlığı üçün bu məhdudiyyətlərdən qaçmaq da olmaz”.

  •  (0)
  •  (0)