Deputatdan əlilliyin təyin edilməsi ilə bağlı ETİRAZbackend

Deputatdan əlilliyin təyin edilməsi ilə bağlı ETİRAZ

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Jalə Əliyeva əlilliyin təyin edilməsində ciddi problemlərin olduğunu deyib.

Hokm.az oxu.az-a istinadən xəbər verir ki, J.Əliyeva qeyd edib ki, seçicilərini qəbul edərkən əlilliyin təyin edilməsi sahəsində ciddi problemlərin olduğu müəyyənləşib.

Millət vəkili bildirib ki, vətəndaşlar əlilliklə bağlı sənədlər təqdim etsələr də, onlara problemlər yaradılır.

“Vətəndaş da qalır TƏBİB-lə rayon arasında. Vətəndaşı dövlətdən narazı salan hallar aradan qaldırılmalıdır”,- deyə J.Əliyeva əlavə edib.

  •  (0)
  •  (0)