Deputat: Yeni yumşaldılmaların sırasında TOYLAR mütləq olmalıdırbackend

Deputat: Yeni yumşaldılmaların sırasında TOYLAR mütləq olmalıdır

Tezliklə bizi gözləyəcək yeni yumşaldılmaların sırasında mütləq qaydada xüsusi qaydalara əməl etməklə toylar olmalıdır.

Hokm.az xəbər verir ki, bunu ARB24-ün “İş vaxtı” verilişinə açıqlamasında millət vəkili Soltan Məmmədov deyib:

“Çimərliklər və ictimai nəqliyyatla bağlı qaydalar artıq icra olunmaq mərhələsindədir. Bu gün yoluxmanın azalması peyvənd proqramı hesabınadır. Yeni ştamları və onun arxasındakı çətinlikləri nəzərə alaraq, addım-addım yumşaldılmalara gediləcək. Lakin qapalı mühitdə maskaların taxılması mütləqdir”, – o, bildirib.

  •  (0)
  •  (0)