Deputat: “Uğurlu sosial siyasəti tənqid etmək, don geyindirmək başqa məqsədlərdən xəbər verir”backend

Deputat: “Uğurlu sosial siyasəti tənqid etmək, don geyindirmək başqa məqsədlərdən xəbər verir”

“Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin dekabrın 31-də imzaladığı Fərmanlar dövlət başçısının şəhid ailələrinə, əlilliyi olan şəxslərə xüsusi qayğısının göstəricidir. Ölkə başçısı sosial qayğıya ehtiyac olan şəxslərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı mütəmadi tapşırıqlar verir”.

Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat “Hökuməti tənqid etdik, təqaüdlər, müavinətlər artırıldı” fikrini səsləndirənlərə cavab verib: “Azərbaycan hökuməti sosialyönümlü siyasət həyata keçirir. Bir müddət öncə, təsdiqlənən 2021-ci ilin dövlət büdcəsinə nəzər yetirsək, bunu aydın şəkildə görmək mümkündür. Hökumətin həyata keçirdiyi uğurlu sosial siyasəti tənqid etmək, don geyindirmək başqa məqsədlərdən xəbər verir. Bu tənqidlərin heç bir əsası yoxdur. Çünki 2021-ci ilin dövlət büdcəsi layihəsi müzakirə edilən zaman atılacaq addımlar bəlli idi. Düşünürəm ki, Azərbaycan hökuməti növbəti illərdə də sosial təminata ehtiyacı olan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün gücünü səfərbər edəcək, pensiyaların, müavinətlərin, təqaüdlərin artırılması üçün çalışacaq, şəhid ailələrinə, qazilərə mənzillərin, avtomobillərin verilməsi üçün çevik siyasət həyata keçirəcək. Bundan əlavə, hökumət işğaldan azad edilən ərazilərdə insanların yaşayışı üçün “Qayıdış” planını icra edəcək”.

Qeyd: Şəhid ailələri və 20 Yanvar şəhidlərinin ailələri, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Prezidentin təqaüdünün məbləğinin artırılması haqqında imzalanan Fərmanlara əsasən, həmin ailələr üçün Prezidentin aylıq təqaüdünün məbləği 66,7% artırılaraq 300 manatdan 500 manata çatdırılıb.

Daha bir Fərmanla isə müharibə və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər, həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bərabər tutulanlar (hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər) üçün Prezidentin təqaüdünün məbləği orta hesabla 50%-dən çox artırılaraq:

I dərəcə əlilliyi olan şəxslər üçün 250 manatdan 400 manata,

II dərəcə əlilliyi olan şəxslər üçün 230 manatdan 350 manata,

III dərəcə əlilliyi olan şəxslər üçün 210 manatdan 300 manata çatdırılıb.

Şəhid ailələri və qeyd edilən əlilliyi olan şəxslər Prezidentin təqaüdü ilə yanaşı, aylıq əsasda müavinət və ya pensiya ilə də təmin olunurlar.

“Dövlət başçısının digər Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanına Prezidentin aylıq təqaüdünün məbləği 20% artırılaraq 1500 manatdan 1800 manata çatdırıldı.

Dövlət başçısının imzaladığı yeni Fərmanla sosial təminat sistemində yeni təqaüd növü kimi, Vətən Müharibəsi Qəhrəmanı üçün Prezidentin aylıq təqaüdü (2 000 manat) də təsis olundu.

İkinci Dünya müharibəsi iştirakçıları üçün Prezidentin aylıq təqaüdü 100% artırılaraq 150 manatdan 300 manata çatdırıldı.

Eyni zamanda bir sıra digər kateqoriyadan olan şəxslərə ödənilən sosial müavinət, təqaüd və pensiya əlavələri də optimallaşdırılmış və artımlar müəyyən edilib.

  •  (0)
  •  (0)