Deputat “Trend”dəki işindən ayrıldı – EKSKLÜZİVbackend

Deputat “Trend”dəki işindən ayrıldı – EKSKLÜZİV

Milli Məclisin deputatı Arzu Nağıyev uzun illərdir çalışdığı “Trend” informasiya agentliyindən ayrılıb. Hokm.az-a daxil olan özəl məlumata görə, deputat sosial media hesablarından da iş yeri olaraq “Trend”in adını çıxarıb.

Qeyd edək ki, son parlament seçkilərində “Trend” informasiya agentliyinin iki əməkdaşı – baş direktor müavinləri Arzu Nağıyev Sevil Mikayılova deputat mandatı qazanıblar. A.Nağıyev 104 saylı Gədəbəy-Tovuz, S.Mikayılova isə 56 saylı Xaçmaz kənd seçki dairəsindən deputat seçilb.

Sevil Mikayılova bu gün də “Trend” informasiya agentliyinin baş direktor müavini olaraq fəaliyyətini davam etdirsə də, Arzu Nağıyevin adı “Trend”in saytından da çıxarılıb.

Xatırladaq ki, “Trend”informasiya agentliyi 1995-ci ildən fəaliyyət gösətrir. Hazırda agentlik Azərbaycan, rus, ingilis, türk və fars dillərində xəbər istehsalı və yayımını həyata keçirir.

Arzu Nağıyev deputat seçilənə qədər politoloq kimi də fəaliyyət göstərib. Uzun müddət təhlükəsizlik orqanlarında yüksək vəzifələr daşıyıb. İxtisasca mühəndis olan A.Nağıyev polkovnik rütbəsində təhlükəsizlik orqanlarından təqaüdə çıxıb.

Mikayıl Mirzəzadə
Hokm.az

  •  (0)
  •  (1)